Azərbaycan Ordusu daha bir əsgərini itirib. Əsgər Xalid Əliabbas oğlu Məmmədov əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib. Bu barədə «APA»ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
1990-cı il təvəllüdlü əsgər Vəliyev Məhərrəm Şəmsəddin oğlu silahla ehtiyatsız davranması nəticəsində əsgər yoldaşına atəş açıb. Xalid Məmmədov yerindəcə keçinib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Ölən əsgər 2008-ci ildə Füzuli rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.