Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Senat Quantanamo həbsxananasının bağlanmasına pul vermədi


ABŞ senatı prezident Barak Obamanın Quantano həbsxanasını bağlamaq üçün istədiyi 80 milyon dolları verməyib.

Əsas partiyalar prezidenti tənqid edərək ondan bu həbsxanada qalan 240 məhbusla bağlı planlarının nə olduğunu soruşurlar.

Prezidentin sabaha planlaşdırılan milli təhlükəsizliklə bağlı çıxışında həmin suala da cavab verəcəyi gözlənir.

Prezident Barak Obama hakimiyhyətə gələndən sonra terrorda şübhəli bilinərək tutulmuş adamların saxlandığı Quantano həbsxanasını bağlamaq barədə qərar verib.

İnsan haqlarını müdafiə təşkilatları prezident Corc Buşun dövründə həmin məhbuslara işgəncə verildiyinə görə hökuməti kəskin tənqid edirdilər.
XS
SM
MD
LG