Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Mixail Saakaşvili İlham Əliyevlə təkbətək görüşüb


Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində prezident İlham Əliyevlə təkbətək görüşüb. Tərəflər qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə edib.

M.Saakaşvilinin səfəri zamanı üç dövlətlərarası sənədin imzalanacağı gözlənilir. Bunlar Gürcüstan və Azərbaycan arasında «Azad ticarət» və «Hava əlaqəsi» haqqında sazişlərə düzəlişlər və «İntellektual mülkiyyətin» qorunması haqqında müqavilədir.

Mixail Saakaşvili mayın 21-də Milli Məclisdə və Nazirlər Kabinetində görüşlər keçirəcək. Günün sonunda Saakaşvili səfəri başa vurub Tbilisiyə dönəcək.
XS
SM
MD
LG