Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:26

Milli Məclisin komitəsi ötən ilin büdcə icraatını dəyərləndirib


Milli Məclisin İqtisadi siyasət komitəsi 2008-ci ilin büdcə icraatını dəyərləndirib. Bu barədə «Azadlıq» radiosuna məlumat verən komitənin üzvü Vahid Əhmədovun sözlərinə görə, onlar ötən il ipoteka kreditinin verilməməsinə, əmanətlərin sığortalanma haqqının qaldırılmasında gecikməyə də toxunublar: «Bu barədə layihə parlamentə gec təqdim olundu. Nəticədə 7 faizə qədər əmanətlər banklardan geri götürüldü».

Vahid Əhmədov deyir ki, ötən il dünya maliyyə böhranının ölkə iqtisadiyyatına təsiri az olub. Onun fikrincə, buna Milli Bankın, Maliyyə Nazirliyinin atdığı addımlar səbəb olub.

Komitə müzakirə üçün «2008-ci ilin büdcə icraatı» qanun layihəsini parlamentin plenar iclasına çıxarmağı tövsiyə edib.

2008-ci ildə dövlət büdcəsinin gəlirləri 10 milyard 762 milyon 672 min manat olub. Xərcləri isə 10 milyard 774 milyon 234 min manat icra edilib.

Vahid Əhmədov onu da deyir ki, 2009-cu ilin büdcə proqnozuna gələn həftə baxılması gözlənir.
XS
SM
MD
LG