Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 00:33

Azərabaycan Aikido Federasiyası Gəncədə beynəlxalq seminar keçirib


İki günlük seminara Avrasiya Aikido federasiyasının rəhbəri Nəbi Vural da qatılıb.

Bu barədə məlumat verən Azərbaycan Aikido Federasiyasının Gəncə Regional şöbəsinini rəhbəri Ramin Yusifov bildirdi ki, Gəncədəki seminarda Fransada yaşayan 6-cı dan «qara kəmər» sahibi türk əsilli usta Nəbi Vuralla birgə Qazaxıstandan, Türkmənistandan və Türkiyədən gəlmiş müəllimlər də aikido sahəsində yeni texniki fəndləri Gəncə, eləcə də Şəmkir, Tovuz, Mingəçevir, Oğuz və Lənkaran idmançılarına öyrədiblər.

Azərbaycanlı aikido ustaları iyunun axırında Rusiyanın Sankt-Peterburq şəhərində keçirildəcək beynəlxalq festivala, həmçinin avqust ayında Türkiyənin Bursa şəhərində beynəlxalq aikido seminarına dəvət alıblar.
XS
SM
MD
LG