Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 10:41

Naxçıvanda QHT-lərə Dövlət Dəstəyi Şurası formalaşdırılır


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında QHT-lərə Dövlət Dəstəyi Şurası formalaşdırılır. Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmanda Naxçıvan Nazirlər Kabinetinə qurumun Əsasnaməsini, Şuranın Katibliyinin xərclər smetasını hazırlamaq və işçilərin say həddini müəyyən etmək tapşırılıb.

Fərmanda o da bildirilir ki, QHT-lərin Naxçıvan üçün önəmli layihələrin həyata keçirilməsinə cəlb edilməsi üçün dövlət büdcəsi formalaşdırılarkən müəyyən vəsaitinin ayrılması nəzərdə tutulsun. Maliyyə vəsaitindən istifadə qaydalarını isə Naxçıvanın Maliyyə Nazirliyi müəyyən edəcək.
XS
SM
MD
LG