Keçid linkləri

2025, 13 May, çərşənbə axşamı, Bakı vaxtı 14:58

Misir Mərdanov: «Son zəngin kütləviləşdirilməsinə ehtiyac yoxdur»


Bu il orta məktəblərdə son zəng mayın 30-da keçiriləcək. Təhsil naziri Misir Mərdanov mayın 31-nin bazar gününə düşdüyü üçün belə qərar qəbul edildiyini bildirib.

Nazir onu da deyib ki, orta məktəbi bitirən şagirdlərin son zəng mərasimini kütləviləşdirməsinə ehtiyac yoxdur:

«Şagirdlər dərslər bitdikdən sonra gedib imtahanlara hazırlaşmalıdırlar. Burada hər hansı şou düzəldilməsinə, kimlərinsə belə kütləvi aksiyalardan istifadə etməsinə imkan yaradılmamalıdır».
XS
SM
MD
LG