Keçid linkləri

Təcili xəbərlər
2023, 30 Sentyabr, şənbə, Bakı vaxtı 19:34

AXCP Gənclər Təşkilatının sədri azadlığa buraxılıb


AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı mayın 18-i saat 22.30-da azadlığa buraxılıb. Polis Ə.Qurbanlını mayın 8-də müxalifətçi gənclərin ADP qərargahında keçirilən forumundan az sonra metronun «28 May» stansiyası yaxınlığında saxlamışdı.

Elə həmin gün Nərimanov rayon Məhkəməsi Ə.Qurbanlıya polisə müqavimət ittihamı ilə 10 sutka azadlıqdan məhrumetmə cəzası kəsmişdi.

AXCP Ə.Qurbanlının həbsini iqtidarın müxalifətçi gənclərə basqısı kimi qiymətləndirib.

XS
SM
MD
LG