Gürcüstan Prezidenti Mixail Saakaşvili mayın 20-də Azərbaycana rəsmi səfərə gələcək. Gürcüstan Xarici İşlər Nazirliyindən “Novosti Gruziya” agentliyinə verilən məlumata görə, səfər iki gün davam edəcək. Səfər zamanı Gürcüstan prezidenti Azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək. Görüşdə hansı məsələlərin müzakirə ediləcəyi açıqlanmayıb.