Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Şri Lankadakı 30 illik vətəndaş müharibəsi başa çatdı


Şri Lanka rəsmiləri bildiriblər ki, separatçı Tamil pələngləri yaraqlılarıyla müharibə başa çatıb. Son döyüşlərdə yaraqlıların nəzarət elədiyi bütün ərazilər təmizlənib, Tamil Pələnglərinin rəhbəri isə öldürülüb.

Ölkənin Müdafiə naziri Şri Lanka prezidentinə televiziyayla canlı yayımlanan mərasimdə bu məlumatı verib. Bazar günü isə Tamil Pələnglərinin Azadlığı təşkilatı daha çox insan qırğınına yol verməmək üçün 30-ildən çox davam edən mübarizələrini dayandırdıqlarını bəyan eləmişdilər.

Rəsmi məlumatlarda döyüşlərdə iştirak edən minlərlə adamın sonrakı taleyinin necə olacağı bildirilməyib.

Bu məlumatların ardından Avropa Birliyi Şri Lanka hökumətini 30 illik müharibə vaxtı hər iki tərəfdən törədilən cinayət hallarını müstəqil araşdırmasını tələb eləməyə çağırıb.

Şri Lankda 30 ildən çox davam edən bu vətəndaş müharibəsində 70 min dinc sakin həlak olub.
XS
SM
MD
LG