Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:49

Kəklik yuvasından quş götürmək istəyən gənc həlak olub


Hadisə Şəmkirdə baş verib.

Bu barədə məlumatı Şəmkir rayon Polis Şöbəsinin rəis müavini İmaməddin Namazov verib. Onun sözlərinə görə, hadisə mayın 17-də, saat 18 radələrində baş verib. 1993-cü il təvəllüdlü, Şəmkirin Zəyəm Çırdaxan kənd sakini Samir Hacıyev mal-qaranı örüşdən qaytararkən Sınıq Qaya adlanan ərazidən yıxılaraq yerindəcə keçinib.

İ.Namazov deyib ki, hadisə, Samir Hacıyev qayadakı ağaclardan birindəki kəklik yuvasından quşları götürmək istəyərəkən baş verib.
XS
SM
MD
LG