Mayın 18-də Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 17 il ötür.
Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunub. İşğal zamanı 333 nəfər laçınlı həlak, 225 nəfər isə əlil olub.
Laçının işğalı nəticəsində 127 yaşayış məntəqəsində 13745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəni-maarif, 101 məktəb, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 142 səhiyyə, 460 ticarət obyekti, 30 rabitə qovşağı, peşə məktəbi, teatr binası, tarix-diyarşünaslıq muzeyi məhv edilib, ümumilikdə rayona külli məbləğdə ziyan dəyib. Laçının 58229 nəfər əhalisi məcburi köçkün düşüb.