Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 21:14

Küveytdə qadınlar ilk dəfədir ki, deputat olub

Dünən keçirilmiş erkən parlament seçkilərinin rəsmi nəticələrinə görə parlamentdəki 50 yerdən 4-nü qadınlar tutub.

Ümumilikdə isə deputatlıq uğrunda 210 namizəd mübarizə aparırdı ki, onlardan 16-ı qadın idi.

Küveytdə qadınların seçkilərdə mübarizə aparmasına 2005-ci ildən icazə verilir.

Hökumətlə parlament arasında siyasi gərginlik yaşandığına görə bu son 3 ildə ölkədə keçirilən 3-cü parlament seçkiləridir.
XS
SM
MD
LG