Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

«Əlavə qoşun məsələsi üzərimə düşən ən çətin işdir»


ABŞ prezidenti Barak Obama deyir ki, Əfqanıstan əlavə qoşun göndərmək qərarı bu ölkədə sülhün sabitləşməsi və daha demokratik hökumətin inkişafından asılı olacaq.

Obama ABŞ mətbuatına müsahibəsində bildirib ki, o, ABŞ prezidenti olandan bəri üzərinə düşən ən çətin iş Əfqanıstana əlavə 17 min nəfərdən ibarət qoşun göndərmək qərarı olub.

Əfqanıstanda ABŞ-ın 38 min nəfərdən ibarət qoşunu var. Obama deyib ki, o, əlavə qoşunun göndərilməsini istisna etmir, lakin bu da regiondakı sabitlikdən asılı olacaq.
XS
SM
MD
LG