Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:00

Putin deyir ki, Azərbaycanla Ermənistan kompramisi özləri tapmalıdır


Dağlıq Qarabağ münaqişəsinin həllində kompromisi tərəflərin özləri tapmalıdır.

ANS PRESS-in məlumatına görə bunu Rusiyanın baş naziri Vladimir Putin, Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdükdən sonra verdiyi açıqlamada deyib.

Putin qeyd edib ki, kompromisə yardımçı olan digər ölkələr yalnız vasitəçi və əldə olunmuş razılaşmaların təminatçısı kimi çıxış edə bilərlər.

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğansa Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcəyinə ümidlə yanaşdığını deyib və əlavə edib ki, Azərbaycanla Ermənistan münaqişənin həlli istiqamətində addımlar atmalıdılar.



XS
SM
MD
LG