Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 06:25

İnsan haqları təşkilatları Barak Obamanın niyyətindən narahatdılar


İnsan haqları təşkilatları ABŞ prezidenti Barak Obamanın Quantanama bazasında saxlanan bəzi məhbusların hərbi məhkəməyə cəlb olunmasıyla bağlı qərarından təəssüfləniblər.

Amma Barak Obama deyib ki, məhkəmə yalnız yeni qaydalarla, ədalətli,qanunsuz yollarla ifadə alınması və
işgəncə verilməsini qadağan etməklə davam edə bilər.

Human Rights Watch , Amnesty İnternational və digər təşkilatlar dəfələrlə
bu tribunalların işini kəskin tənqid ediblər.

Həmçinin Barak Obamanın özü senator olanda Quantanamada bu təcrübədən istifadə olunmasını tənqid edirdi və hakimiyyətə gələn kimi bu tribunalların fəaliyyətini dayandırdı.

Hazırda Quantanama bazasında 240-a yaxın məhbus var.

Günün bütün mövzuları

XS
SM
MD
LG