Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:36

Fransa Pakistana nüvə texnologiyaları verir


Fransa ilə Pakistan nüvə materiallarının etibarlı qorunması üçün razılığa gəliblər.

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi bildirir ki, Fransa Pakistana mülki nuvə texnologiyası göndərməyə razılaşıb. Baxmayaraq ki, Pakistanda sabitliyə təhlükə barədə narahatlıqlar var.

Parisdə isə məlumata şərh verməkdən imtina ediblər. Yalnız onu bildiriblər ki, prezident Sarkozi Pakistana nüvə təhlükəsizliyini tımin etməyə yardım göstərmək qərarına gəlib.
XS
SM
MD
LG