Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:37

Cənub Axın kəməri üzrə müqavilələr imzalanır


Mayın 15-də Rusiya Avropaya qaz çatdıracaq Cənub Axın kəmərinin tikintisinə dair müqavilələr imzalanır.

Soçidə İtaliyanın baş naziri Silvo Berluskoni ilə onun rusiyalı həmkarı Vladimir Pugtin də hər iki ölkənin enerji şirkətləri arasında imzalanacaq sənədləri nəzərdən keçiriblər.

V.Putin buna bənzə razılaşmaların Bolqarıstan, Serbiya, və Yunanıstanın enerji şirkətləri ilə imzalanmasına çalışır.

Cənub Axın layihəsində nəzərdə tutulan qaz kəmərinin Qara Dənizdən keçib Bolqarıstan, Yunanıstan, Serbiya, Macarıstan və İtaliyaya getməsi nəzərdə tutulur. Bu, Avropa Birliyinin müdafiə etdiyi Nabukko kəmərinə ən böyük alternativdir.
XS
SM
MD
LG