Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:10

“Qazprom” Şahdəniz II yatağının da bütün qazını almaq istəyir


Rusiyanın qaz nəhəngi “Qazprom” Azərbaycanın Şahdəniz II yatağının bütün qazını almağa hazırdır. Bunu şirkətin nümayəndəsi Aleksander Medvedev “Bloomberg” televiziyasına müsahibəsində bildirib. Bu yatağın qazı Avropa Birliyinin müdafiə etdiyi Nabukko kəmərinin əsas qaz bazalarından biri kimi nəzərdən keçirilir.

Medvedev bildirib “Qazprom”un hazırkı kəmər şəbəkəsi Azərbaycan qazının ən optimal şəkildə Avropaya çatdırılmasına imkan verir.

Azərbaycanın birbaşa Avropaya qaz nəql edəcək kəməri yoxdur. qazın Türkiyə vasitəsilə nəqlinin şərtlərində isə hələlik Ankara ilə Bakı hələlik razılaşa bilmir.

Televiziyanın məlumatılna görə bu ay ARDNŞ ilə “Qazprom” arasında görüş nəzərdə tutulur. Görüşdə Azərbaycanın gələn ildən Rusiyaya qaz satması məsələsi müzakirə olunacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin xarici ölkələrdən olan tərəfdaşları bilidirirlər ki, onlar Rusiyaya qaz satışı danışıqlarında iştirak etmirlər.
XS
SM
MD
LG