Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 04:06

Aysel və Araş «Eurovision» musiqi müsabiqəsinin finalına çıxıblar


Azərbaycan təmsilçiləri Aysel və Araş «Eurovision» musiqi müsabiqəsinin finalına çıxıblar.

Mayın 14-ü Moskvanın «Olimpiyski» İdman Kompleksində keçirilən «Eurovision» musiqi müsabiqəsinin ikinci yarımfinalında Azərbaycanı təmsil edən Aysel və Araş «Always» mahnısı ilə finala vəsiqə qazanıblar.

Yarımfinalda 19 ölkə çıxış edirdi. Xorvatiya, İrlandiya, Latviya, Serbiya, Polşa, Norveç, Kipr, Slovakiya, Danimarka, Sloveniya, Macarıstan, Azərbaycan, Yunanıstan, Litva, Moldova, Albaniya, Ukrayna, Estoniya və Niderland.

Azərbaycandan başqa ikinci yarımfinaldan finala Xorvatiya, Ukrayna, Litva, Albaniya, Moldova, Danimarka, Estoniya, Norveç və Yunanıstan da vəsiqə qazanıb.

«Eurovision» musiqi müsabiqəsinin mayın 16-dan 17-nə keçən gecə baş tutacaq finalında iştirakçıların çıxış sıralaması müəyyənləşib. Azərbaycan Rusiyadan sonra 11-ci sırada qərarlaşıb.

XS
SM
MD
LG