Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:28

Müxalifətçilər İctimai televiziya qarşısında aksiya keçirib


Gürcüstan müxalifəti mayın 14-dəTbilisidə İctimai televiziyanın qarşısında aksiya keçirib, gündəlik etiraz aksiyalarını daha geniş işıqlandırmasını tələb ediblər.

Bir neçə yüz insanın qatıldığı aksiya iştirakçıları televiziyanı hadisələri ancaq neqativ çatdırmaqda günahlandırır.

Bir aya yaxındır ki, gürcü müxalifəti paytaxtda nümayişlər keçirir, prezident Mixail Saakaşvilinin istefasını tələb edirlər.

Müxalifət Saakaşvili istefaya gedənə kimi etiraz edəcəyini bildirib. Prezident isə 2013-cü ildə səlahiyyətləri bitənə kimi postunu tərk etmək niyyətində olmadığını deyib.
XS
SM
MD
LG