Naxçıvanda yeni Su Elektrik Stansiyasının (SES) inşasına başlanıb. Muxtar Respublikada ən çox sulu çay hesab edilən Ordubad rayonu ərazisindəki «Gilançay» üzərində quraşdırılan «Biləv» SES 20 meqavat gücündə olacaq.
Burada ildə 80 milyon kilovat saat elektrik enerjisi istehsal ediləcək. Tikinti-quraşdırma işlərini Gəmiqaya şirkəti aparır. Bu Muxtar Respublikada daxili kənd çayları üzərində inşa edilən ilk su elektrik stansiyasıdır.
Stansiyanın tikintisinin 2010-cu ildə başa çatdırılması planlaşdırılır. Stansiya istismara verildikdən sonra burada Naxçıvan MR elektrik enerjisinə olan tələbatının 17-18 %-i qədər enerji istehsal etmək mümkün olacaq.
Hazırda Araz çayı üzərindəki SES də fəaliyyət göstərir. Bu stansiya ötən əsrin 70-ci illərdə istifadəyə verilib. Burada da 20 meqavat gücündə elektrik enerjisi istehsal edilir.
Naxçıvan MR elektrik şəbəkəsindən verilən məlumata görə qarşıya qoyulan məqsəd gələcəkdə MR-nın elektrik enerjisinə olan tələbatının tamamilə SES-lər hesabına ödəməkdən ibarətdir.