Keçid linkləri

2025, 17 İyun, çərşənbə axşamı, Bakı vaxtı 14:49

Aysel və Araş bu gün «Eurovision»da çıxış edəcəklər


Aysel və Araş
Aysel və Araş
Mayın 14-də Azərbaycan «Eurovision»ın ikinci yarımfinalına qatılır. Azərbaycanı təmsil edən Aysel və Araş «Allways» mahnısını ifa edəcəklər.

Azərbaycanla yanaşı Xorvatiya, İrlandiya, Latviya, Serbiya, Polşa, Norveç, Kipr, Slovakiya, Danimarka, Sloveniya, Macarıstan, Yunanıstan, Litva, Moldova, Albaniya, Ukrayna, Estoniya, Niderland nümayəndələri də çıxış edəcəklər.

Moskvanın «Olimpiysk» kompleksində gerçəkləşən ikinci yarımfinalda 10 ölkə finala vəsiqə qazanacaq.

Mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 12-də olub.

«Eurovision»ının finalı mayın 16-da olacaq.
XS
SM
MD
LG