Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:41

ATƏT-in müşahidə missiyası Gürcüstandan çıxa bilər


Gürcüstanda ATƏT müşahidəçiləri Rusiya qoşunlarının geri çəkilməsini müşahidə edirlər. 8 oktyabr 2008
Gürcüstanda ATƏT müşahidəçiləri Rusiya qoşunlarının geri çəkilməsini müşahidə edirlər. 8 oktyabr 2008
Rusiya Gürcüstanda ATƏT-in müşahidə missiyasının uzadılması planının qarşısını alıb. Rusiya Yunanıstanın təklif etdiyi yeni planı qəbul etməyib.

Plana görə 30 hərbi və mülki müşahidəçilərin Gürcüstanın nəzarət etdiyi Karaleti və separatçı Cənubi Osetiyanın paytaxtı Sxinvali arasında sərbəst hərəkəti təmin olunurdu.

ATƏT missiyanın səlahiyyətləri iyun ayının 30-da bitir.

Rusiyanın icazəsi olmadan regionda 16 ildir fəaliyyət göstərən ATƏT missiyası geri çağırıla bilər.

Ötən ilin sonunda rəsmi Moskva ATƏT-in Gürcüstanın iki separatçı regionlarının müstəqilliyini tanımadığına görə, missiyanın uzadılmasına qarşı çıxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG