Keçid linkləri

2017, 26 Aprel, çərşənbə, Bakı vaxtı 15:56

Myanmada müxalifətçi məhkəməyə çıxarılır


Mayın 14-də Myanmada müxalifət lideri məhkəmə qarşısına çıxarıla bilər. Müxalifət lideri Aun San Su Çji və onunla yaşayan daha iki qadının hərbi xuntanın sərt qaydalarını pozduğuna görə mühakimə olunacağı gözlənilir.

Myanma qanunlarına görə vətəndaş evində ailə üzvü olmayan istənilən gecələyən qonaq barədə yerli hökumətə məlumat verməlidir.

63 yaşlı müxalifətçinin evinə naməlum səbəblərə görə baş çəkən bir amerikalı da ötən həftə həbs olunub. Amerikalı qadının evinə gölü üzərək gəlməkdə və 2 gün qalmaqda ittiham olunur.

Müxalifət lideri Aun San 19 ildir ev dustağıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG