Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Azərbaycanın media durumu müzakirə ediləcək


Ağ Evin sabiq mətbuat katibi Dana Perino Azərbaycanda medianın durumunu müzakirə edəcək. Mayın 13-də onun Mətbuat Şurasının üzvləri ilə görüşü gözlənilir. Bunu Azadlıq Radiosuna Turan agentliyinin direktoru deyib. O görüşdə söz azadlığı, informasiya mənbələrinə çıxışla bağlı müzakirələrin olacağını deyib.

Dana Perinanın səfəri mayın 12-dən başlayıb və dörd gün davam edəcək.

ABŞ səfirliyindən Turana verilən məlumata görə səfər zamanı sabiq mətbuat katibi Ağ Evin mətbuatla ünsiyyəti, hökumət-mətbuat münasibətləri və bu münasibətlərin əhəmiyyəti barədə təcrübəsini bölüşəcək.

Ağ Evin sabiq mətbuat katibi Dana Perina hazırda ictimaiyyətlə strateji əlaqələrin yaradılması üzrə aparıcı konsaltinq şirkəti kimi tanınan Burson-Marştellerdə Baş İşlər üzrə Müşavir vəzifəsində çalışır.

ABŞ tarixində mətbuat katibi vəzifəsində çalışan ikinci qadın və Prezident Buş hökümətinin yüksək rütbəli rəsmiləri arasında ən böyük rəğbət qazanmış bir şəxs olaraq, o, gərgin anlarda mühüm ismarıclarını ərsəyə gəlməsi və yayılması işində mütəxəssisdir.
XS
SM
MD
LG