Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Gənclər təşkilatının sədri apelyasiya şikayəti edəcək


Gül Bayramı ərəfəsində həbs olunan AXCP gənclər təşkialtının sədri Əbülfəz Qurbanlının adından bu gün apelyasiya şikayəti veriləcək.

Bunu Azadlıq radiosuna AXCP sədr müavini Həsən Kərimov deyib.

Əbülfəz Qurbanlı Mayın 8-i axşam özünü polis əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona polisə tabe olmamaq ittihamı ilə 10 sutka iş verilib.
Hazırda Binəqədi qəsəbəsindəki müvəqqəti saxlanma təcridxanasındadır.
XS
SM
MD
LG