Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Gəncədə aqrar sahədə beynəlxalq konfrans keçiriləcək


Gəncədə aqrar sahədə beynəlxalq konfrans keçirilməsi planlaşdırılır.Məqsəd Aqar təhsil sahəsində tədqiqatlar, tələbə mübadiləsidir. Konfrans mayın 14-dən etibarən Azərbaycan Dövlət Aqrar Universitetində öz işinə başlayacaq.

Bu haqda Universitetin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Cəfər Məhərrəmov məlumat verib.

«Konfrans kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması, müasir vəziyyət, beynəlxalq təcrübə, yeni aqrar təhsil modeli mövzusuna həsr olunacaq»

Konfransın işinə ABŞ, Almaniya, Türkiyə, İran və s. ölkələrin təhsil sahəsi üzrə mütəxəssisləri qatılacaq. Tədbir 2 gün davam edəcək.
XS
SM
MD
LG