Keçid linkləri

2017, 23 May, çərşənbə axşamı, Bakı vaxtı 07:25

Gürcüstan müxalifəti aksiyaları davam etdirir


Gürcüstan müxalifəti mayın 12-i etiraz aksiyalarını davam etdirib və prezident Mixeil Saakaşvilinin istefasını tələb edib. Parlament binası yanına iki min beş yüzdən çox adam yığışıb.

Mayın 11-i müxalifətin prezidentlə görüşü nəticəsiz başa çatıb.

Müxalifət liderləri Tbilisidən kənarda da etiraz aksiyaları keçirəcəyini deyir. Güman olunur ki, mayın 26-ı ölkədə müstəqillik günü ənənəvi olaraq hərbi parad keçiriləndə münaqişə yarana bilər. Müxalifət lideri Levan Gaçeçiladze deyib ki, aksiyalar Kutaisi və Batumidə də keçiriləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG