Keçid linkləri

Təcili xəbərlər
2021, 13 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 03:00

«Ali Məhkəmənin yeni binasında veriləcək qərarlar ədalətli olmalıdır»


Ali Məhkəmənin yeni inzibati binası
«Azərbaycanın bütün sahələrində, xüsusilə də məhkəmə sistemində ədalət olmalıdır».

Bu barədə çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev Ali Məhkəmənin yeni inzibati binasının açılış mərasimində bildirib. Xəbəri AzTV-yə istinadən «Trend» yayıb.

«Azərbaycan Ali Məhkəməsinin yeni binasında qəbul olunacaq qərarlar ədalətli olmalıdır. Ədalət cəmiyyətin mühüm inkişaf amillərindən biridir», - deyə prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, ədalət məhkəmə sistemində xüsusilə mühüm amildir:

«Məhkəmələrdə qəbul olunan qərarlar insanların həyatına təsir göstərir. Heç bir cinayət cəzasız qala bilməz, eləcə də günahsız insanlar cəzalandırılmamalıdır».

Şərhlər (9)

Bu forum dayandırılıb
XS
SM
MD
LG