Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Ərdoğan Bakı səfərində anlaşılmazlıqları aradan qaldıracağını deyir


Mayın 12-də Bakıya səfəri başlanan Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan Bakıya yola düşməzdən əvvəl deyib ki, onun səfərində məqsəd
“anlaşılmazlıqları və yanlış təəsüratları” aradan qaldırmaqdır. O, Azərbaycanı əmin edəcək ki, Azərbaycanın maraqları Türkiyənin prioritetidir.”

Ərdoğan deyib: “ Türkiyənin Azərbaycanın maraqlarını müdafiə edəcəyinə heç kimdə azacıq da olsa şübhə olmamalıdır”.
Ərdoğan mayın 13-də Azərbaycan parlamentində də çıxış eləməlidir.

Türkiyəli baş nazir Bakıdan sonra şənbə günü Soçidə Rusiyanın baş naziri Vladimir Putinlə görüşəcək.
Rusiya iyun ayında Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünü təşkil etməyi planlaşdırır.
XS
SM
MD
LG