Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Obama Israil, Fələstin və Misir liderlərini danışıqlara dəvət edir


Ağ Ev elan eləyib ki, İsrailin baş naziri Netanyahu, Misir prezidenti Mübarək və Fələstin lideri Mahmud Abbas mayın 18-i, 26-sı və 28-i Vaşıinqtona dəvət olunublar.
Ağ Evin mətbuat katibi Robert Gibs deyib ki, Amerika prezidenti Barak Obamanın əsas tərəfdaşları dəvət etməsi Yaxın Şərqdə davamlı sülhə nail olmaq cəhdidir.
Onun sözlərinə görə, Obama hər üç liderlə ayrılıqda danışmaqla, fələstinlilərlə israillilər, eləcə də İsraillə Ərəb ölkələri arasında sülhə nail olmaqda bütün tərəflərin ata biləcəyi addımları müzakirə edəcək.
XS
SM
MD
LG