Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:58

Vatikan Roma Papasının Hitlerin gənclər təşkilatında üzvlüyünü danır


Vatikanın mətbuat katibi deyib ki, Almaniyada doğulmuş Papa 16-cı Benedikt heç vaxt Hitlerin gənclər təşkilatında olmayıb.
Federiko Lombardinin sözlərinə görə o vaxt 16 yaşı olan gələcək Papa dini seminariyada oxuyurdu və hava hücumundan müdafiə eskadronunun üzvü idi, onun nasizmlə heç bir əlaqəsi olmayıb. Lombardi deyib ki, o, bununla mətbuatda gedən yalanlara son qoymaq istəyir.

Ancaq Lombardinin dedikləri 16-cı Benediktin öz müsahibələrində dəfələrlə dediyi ilə düz gəlmir. Benedikt özü deyirdi ki, o, öz iradəsinin əksinə olaraq Hitlerin gənclər təşkilatının məcburi üzvləri sırasında olub.
XS
SM
MD
LG