Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 11:47

Azad Avropa/Azadlıq Radiolarının Praqada yeni qərargahı açıldı


Azad Avropa və Azadlıq Radioları korporasiyasının Praqada yeni qərargahının rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə Estoniya prezidenti Tomas Hendrik İlves, Freedom Hous insan haqları təşkilatının icra direktoru Kristofer Volker, Amerikanın Beynəlxalq yayım Şurasının üzvləri, Praqa və Çexiya hakimiyyətinin nümayəndələri, Azad Avropa və Azadlıq radiolarının indiki və keçmiş prezidentləri iştirak ediblər.

Korporasiyanın prezidenti Ceff Gedmin deyib ki, radioların jurnalistləri insan haqları, qanunun aliliyi, demokratiya naminə risk altında fenomenal iş görürlər.

Estoniya prezidenti İlves Azad Avropa və Azadlıq Radioları Korporasiyasının oynadığı rolu qeyd eləmək üçün deyib: “Söz azadlığı dünyanın çox hissəsində norma deyil. Şərqi Avropa və keçmiş SSRi məkanında 28 ölkədən cəmi 8-ində mətbuat azaddır. 10 ölkədə qismən azaddır, 10 ölkədə azad deyil.
Əgər ölkələrin sayı ilə yox, əhalinin sayı ilə götürsək, bu regionda əhalinin cəmi 18 faizi sözünü azad deyə bilir, 82 faizinin söz azadlığı yoxdur. “
XS
SM
MD
LG