Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 17:28

Fransa prezidentləri Sankt-Peterburq görüşündə daha da irəliyə getməyə çağırır


Fransanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyi Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu Praqa görüşüylə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Fransa hər iki prezidentin görüşündən sevinib:

«Bu görüş bir ildən az müddətdə Azərbaycan və Ermənistan prezidentləri arasında dördüncüdür. Həmin görüş hazırki danışıqlar prosesinin canlı olduğuna bir nümunədir və onlar arasında bərqərar olmuş münasibətin konstruktiv xarakterini təsdiq edir».

Fransa İlham Əliyev və Serj Sarkisyanı iyunda Sankt-Peterburqda gözlənən görüşlərində daha da irəliyə getməyə çağırır.

Bəyanatda hər iki ölkə arasında atəşkəsin razılaşdırılmasının 15-ci ildönümü xatırladılır. Bildirilir ki, Fransa bu münaqişənin nəticəsində hələ də qurbanlar olduğundan kədərlənir və tərəfləri atəşkəsin qaydalarına dəqiqliklə riayət etməyə çağırır.
XS
SM
MD
LG