Gürcüstan müxalifəti etiraz aksiyalarının daha «gərgin» olacağını deyib.
Müxalifətin mayın 11-i prezident Mixeil Saakaşvili ilə görüşü nəticəsiz başa çatıb və müxalifət etiraz aksiyasını davam etdirəcəklərini bildirib.
Müxalifətin hökumətlə danışıqlarında 4 müxalifət lideri iştirak edib. Onlar bildiriblər ki, görüşdə heç bir razılıq əldə olunmayıb. Müxalifət liderləri parlament binası yanına yığışmış minlərlə insana deyiblər ki, etiraz aksiyaları daha da gərgin aparılacaq.
Müxalifətin minlərlə tərəfdarı prezident Mixeil Saakaşvilinin istefası tələbilə mitinq keçirir.
Müxalifət ölkə başçısını getdikcə avtokratik sistem qurmaqda və ötən il Rusiya ilə müharibədə səhv qərarlar verməkdə ittiham edirlər.
Prezident istefa tələblərini rədd edib. O, 2013-cü ilə - prezidentlik müddətinin sonuna qədər istefa verməyəcəyini bildirir.