Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Həmsədrlər yenə snayperləri geri çəkməyə çağırırlar


Qarabağ münaqişəsinin nizamlanması ilə mışğul olan ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın 11-də bəyanat yayaraq Azərbaycan və Ermənistanı 15 il əvvəl imzalanmış atəşkəsi qorumağa çağırıblar.

Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlər qeyd edirlər ki, “təəssüf ki, bu atəşkəs razılaşmasına doğru-dürüst əməl olunmur və hər il təmas xəttində insanlar həyatlarını itirilər”.

Həmsədrlər tərəfləri münaqişənin həlli üçün sülh danışıqları konkret nəticə verənə qədər atəşkəs razılaşmasına bütünlüklə əməl etməyə çağırırlar. Onlar həmçinin snayperləri təmas xəttindən geri çəkməyi istəyirlər.

Həmsədrlər həmçinin prezidentlərin münaqişənin sülh olu ilə həllinin baza prinsiplərini tezliklə tapacaqlarına ümid etdiklərini bildirirlər.
XS
SM
MD
LG