Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Zintan və Misratada ağır döyüşlər gedir


Liviyanın qərbindəki Zintan şəhəri uğrunda qızğın döyüşlər gedir. Şahidlər bildiriblər ki, Muammar Gaddafinin qoşunları bu şəhəri “Qrad” atəşinə tutub. Xəbər agentliklərinin məlumatına görə, şəhərdə ərzaq yoxdur.

Misrata şəhəri uğrunda da döyüşlər də davam edir. Yerli həkimlərin verdiyi məlumata görə, aprelin 24-də üsyançılardan və yerli əhalidən 100-dən artıq adam həlak olub, 350-dən artıq adam yaralanıb.
XS
SM
MD
LG