Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 17:21

Qaddafi qüvvələri yeni hücuma keçiblər


Liviya lideri Muammar Qaddafiyə tabe olan hərbi qüvvələr mayın 2-də yenidəön Misrata şəhərinə hücum ediblər. Tibb işçiləri ötən gecədən başlayan döyüşlərdə azı altı nəfərin həlak olduğunu, onlarla adamın da yaralandığını bildiriblər.

Paytaxt Tripolidə isə Qaddafinin öldürülən ikinci oğlu Seif al-Arab və üç nəvəsinin dəfninə hazırlıq gedir.

Dünən Qaddafi rejimi onların NATO zərbələri ilə öldürlüyünü bildirirlər. Bundan sonra bir dəstə nümayişçi Britaniya və İtaliyanın Tripolidəki boş səfirliyinə hücum ediblər. Bu gün Türkiyənin Xarici İşlər Nazirliyi də təhlükəsizlik problemlərinə görə Tripolidəki səfirliyinin bütün əməkdaşlarını Tunisə köçürdüyünü elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG