Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 03:52

Moldovada müsəlmanlardan qorxurlar


Moldova müsəlmanlarının lideri kilsənin anti-islam yanaşmasından narazılığını bildirib.

Sergiu Sochirca Moldovada müsəlman azlığını təmsil edən Liga İslamicanın - İslam Liqasının rəhbəridir. O AzadlıqRadiosuna deyir ki, başçılıq etdiyi qurumun İslam fundamentalizmi ilə heç bir əlaqəsi yoxdur. İstədiyi budur ki, müsəlmanlarla başqa dini qruplar arasında körpü qursun.

İslam Liqası Ədliyyə Nazirliyi tərəfindən keçən ay qeydiyyatdan keçib. Bu, Moldovada rəsmən tanınan ilk müsəlman qurumudur. İslam Liqası qeydiyyat üçün 2008-ci ildə müraciət edib.

Ölkədə nüfuz sahibi olan pravoslav kilsəsinin başçısı Metropolitan Vladimir İslam Liqasının qeydiyyatını Moldova xristianlarına «təhqir» adlandırıb. Başqa kilsələrin rəsmilərisə güman edirlər ki, müsəlman qurumunun qeydiyyatı «bəla gətirəcək».

Sergiu Sochirca
Sabiq prezident, ölkənin əsas müxalifət partiyası – Kommunist Partiyasının sədri Vladimir Voronin də qeydiyyatı pisləyib. O deyib ki, Moldova Osmanlı imperiyası zamanında olduğu kimi indi də məscidlərin tikintisinə müqavimət göstərməlidir.

Rəsmi məlumatlara görə, Moldovada təxminən 2000 müsəlman var. Əhalinin 90 faizi, yəni 4,5 milyonu isə özünü pravoslav sayır.

Ancaq İslam Liqasının rəhbəri Sochircanın təxmini hesablamalarına görə müsəlmanların sayı 17 mindir.

O deyir ki, siyahıya alınma zamanı vətəndaşların çoxunu müsəlman kimi qeydə almaqdan imtina edilib. Buna görə də onlar avtomatik xristian kimi qeydə düşürlər.

İstefaya getmiş ədliyyə naziri Alexandru Tanase İslam Liqasının qeydiyyatını təqdir edib. O bildirib ki, Moldova müsəlmanlarının da azad ibadət etmək haqqı var. Və bu onların təməl haqlarından biridir.
XS
SM
MD
LG