Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:28

«Mən prezident olsam...»


«MƏN PREZIDENT OLSAM ƏLİYEVDƏN DAHA BƏRBAD OLARAM»


Bunu «Azadlıq» qəzetinə müsahibəsində reper Araz Önər deyib.

«Əvvəl siyasətçi olmaq istəyim var idi. Amma indi fərqli düşünürəm. Hesab edirəm ki, siyasət siyasətçilərin işidir: Araz Önər (zarafatyana). Buna baxmayaraq, ölkənin siyasi həyatına təsir etməyi hər bir vətəndaşın borcu hesab edirəm. Özüm də çalışıram təsir edim. Ümumiyyətlə, mən siyasiləşməkdən qorxan adam deyiləm. Amma yenə deyirəm, əgər mən siyasi mübarizədə varamsa, bunu yalnız ədalətin bərqərar olunması üçün edirəm. Hesab edirəm ki, mən prezident olsam, İlham Əliyevdən daha bərbad olaram. Amma bu İlham Əliyevə insanlara zülm etmək haqqı vermir».

ŞƏKLİ DÜNYA MEDİASINDAN DÜŞMƏYƏN MÜXALİFƏTÇİ

«Yeni Müsavat» qəzeti «Şəkli dünya mediasından düşməyən müxalifətçi»dən yazıb.
Həmin müxalifətçi Bəxtiyar Tarıyevdir, 49 yaşı var.

«2003-cü ildən Müsavat Partiyası Nizami rayon təşkilatının üzvüdür. Onun müxalifətin aksiyalarının birində çəkilən şəkli artıq dünya mediasında çox məşhurlaşıb. «The Guardian» qəzeti, «Human Rights Watch» təşkilatının jurnalının üz qabığında, həmçinin ölkə mediasında bu şəkil tez-tez çap edilir».

Aksiyada mülki geyimli bir şəxs Bəxtiyar Tarıyevin qolunu tutaraq ağzını əlləri ilə bağlayır.

«Bu şəkil 2010-cu il aprel ayında müxalifətin keçirdiyi icazəsiz mitinqdə çəkilib. Mitinq zamanı bir neçə jurnalist bizdən müsahibə götürürdü. Bu zaman 4 nəfər mülki geyimli şəxs bizə yaxınlaşdı. Mənim müsahibə verməyimə mane oldular. Mən «Azadlıq» sözünü qışqırmağa başladım. Mülki geyimli şəxslərdən biri mənə yaxınlaşıb arxadan məni tutdu. Sonra ağzımı əli ilə yumdu. Mən əlimlə ona işarə etdim ki, boğuluram, buraxsın. Hətta qadın jurnalistlərdən biri ondan xahiş etdi ki, məni buraxsın. Ancaq o, məni bu vəziyyətdə avtobusa kimi apardı. Oradan da polis bölməsinə apardılar. Sabiq deputatlar İltizam Əkbərli və Arzu Səmədbəyli gələndən sonra məni xeyli sorğu-suala tutdular, sonra buraxdılar. Növbəti gün dostlarımdan biri mənə zəng edib belə dedi: «Bəxtiyar, artıq səni dünya tanıyır».

«Bu şəkli görəndə çox utanıram. Çünki istəməzdim ki, Azərbaycan dünya mediasında söz azadlığının boğulduğu ölkə kimi təqdim edilsin».

«AZƏRBAYCANDA SOSİAL İNFRASTRUKTUR LAYİHƏLƏRİ UĞURLA HƏYATA KEÇİRİLİR»

Bu məqalə «Azərbaycan» qəzetində dərc olunub.

Qəzet yazır ki, cari ilin birinci rübündə dövlət investisiya xərclərinə 546 milyon manat vəsait yönəldilib, əsas investisiya layihələrinin maliyyələşdirilməsi təmin edilib.

«Həmin vəsaitdən 78 milyon manat təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına xərclənib. Müharibə əlilləri, şəhid ailələri üçün yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 9,4 milyon manat, regionlarda idman komplekslərinin və digər idman təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 5,5 milyon manat vəsait yönəldilib».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG