Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:22

Obama komandasında inqilablara fərqli baxış var...


Amerikanın "Brooking" Universitetindən Robert Kagan “Washington post” qəzetindəki məqaləsində yazır:

Son aylar mətbuatda dərc edilmiş məqalələrdə Obama administrasiyasında ərəb dünyasında baş verən inqilablara necə münasibət bildirmək üstündə “praqmatiklər”lə “idealistlər” arasında mübahisə baş verdiyi iddia edilir.

Həmin məqalələrə görə, “praqmatiklər” bu mübahisədə “Amerikanın milli maraqları”nı əsas gətirərək bölgədə uzun müddətdir ki,

Hakim olan diktatorlarla münasibətləri pozmamağa çağırırlar

Məsələn, “New York Times” yazır ki, Misir üsyanı zamanı “Dövlət Departamentindəki diplomatlar“ o vaxtkı prezident Hüsnü Mübarəki müdafiə etməyin tərəfdarı olublar, çünki həmin siyasi böhrana “Amerikanın regiondakı strateji maraqları prizmasından baxıblar”.

Və guya bu mübahisədə “idealistlər”i Amerikanın strateji maraqları elə də çox düşündürməyib, onlar nəyin bahasına olursa-olsun Amerikanın öz prinsiplərinə sadiq qalması və tarixi inkişafı dəstəkləməsi mövqeyindən çıxış ediblər.

Robert Kagan “Washington post” qəzetindəki məqaləsində yazır ki, belə yazılarda "praqmatizm" sözünün nə məna kəsb etdiyi başa düşülən deyil.

Onun fikrincə, dövlətlər də insanlar kimi nadir hallarda sırf prinsiplər əsasında, yaxud nadir hallarda öz şəxsi maraqlarından kənar hərəkət edirlər.

Bundan başqa milli maraqların çərçivəsi də heç də dəqiq şəkildə müəyyən edilməyib.

Milli maraq nədir? Neft mənbələrinə çıxış əldə etmək də milli maraqdır, bəzi prinsiplərin, o cümlədən demokratiyanın da təbliği.

Vaxtilə praqmatik Dean Acheson (keçmiş dövlət katibi) 2-ci Dünya Müharibəsindən sonra Avropada demokratiyanın yayılmasının Amerikanın milli maraqlarına uyğun olmasına heç zaman şübhə etmirdi.

Özünün “Ideals and Self-Interest in America’s Foreign Relations,” (“Amerikanın xarici əlaqələrində ideallar və şəxsi maraqlar”) adlı kitabında mərhum Robert Osgood xarici əlaqələrdə realist olmağın tərəfdarı kimi çıxış edir, amma eyni zamanda vurğulayır ki,

İdealizm daim xarici siyasətin formalaşmasında stimul olub

Məsələn, o qeyd edir ki, 2-ci Dünya Müharibəsindən qabaq yalnız Amerikanın milli maraqlarına sadiq qalmağı deyən və müharibəyə qoşulmamağı tövsiyə edənlər “Amerikanın real milli mənafelərinə ən çox zidd gedənlər idi”.

Eyni zamanda idealistlər faşizmin liberal Qərb cəmiyyətinə təhlükəsi ilə bağlı həyəcan təbili çalmış və dərhal Avropanın demokratik ölkələrinin müdafiəsinə qalxmağa çağırmış, Amerikanin təhlükəsizliyinin onların mövcudluğundan asılı olduğunu bildirmişdilər.

Demokratiya tərəfdarları Misirin Təhrir meydanına toplaşıb. 1 aprel 2011
Məqalə müəllifinə görə, bu gün belə bir sual yaranır. Yaxın Şərq məsələsində "praqmatik olmaq" anlayışı nədir?

Mübarək rejiminə dəstək vermək realist yanaşmadırmı? Obama administrasiyası son iki ildə Mübarək rejimini “praqmatik şəkildə” dəstəkləyirdi, yalnız sonda Mübarək rejimi iflasa uğrayanda administrasiya onun hakimiyyətdən getməsinə çalışmağa başladı.

Mübarəkin hətta kiçik islahatlar belə aparmaqdan imtina etməsi onun axırına çıxdı və sonda Amerika yox, Misir xalqı onu devirdi. Doğrudanmı Misir xalqının böyük hissəsi küçələrə çıxıb Mübarəki devirməyə çalışdığı, hətta Misir ordusunun da Mübarəkin əmrlərini yerinə yetirmədiyi bir vaxtda Amerikadakı “praqmatiklər” onun hakimiyyətdə qalmasına kömək etməyimizi istəyirdilər?

Doğrudanmı belə “praqmatik” yanaşma Amerikanın milli maraqlarına xidmət edəcəkdi?

Məqalə müəllifi yazır ki, Amerika belə bir səhvi 1970-ci illərdə İranda etmişdi. Şah rejimini dəstəkləmiş, bu nəinki inqilabın qarşısını almış, əksinə bəlkə də inqilab yoluyla radikal qüvvələrin hakimiyyətə gəlməsinə kömək etmişdi. Ayətulla Xomeyninin hakimiyyətə gəlıməsi təkcə o zamankı prezident Karter üçün başağrısına çevrilməmiş, həm də o vaxtdan bəri Yaxın Şərqdə baş verənlərə böyük təsir edir, Amerikanın strateji maraqlarına əngəl yaradır.

Obama administrasiyasında Mübarəkin istefaya getməsinə tərəfdar “idealistlər” də Amerikanını milli maraqlarını əsas gətirirdilər.

İran - İranın ali dini lideri Ayətulla Xameneyi (solda) Misirin Müsəlamn Qardaşlığı Təşkilatının nümayəndəsi Kamal el-Helbawi-ni qəbul edir. Tehran, 20 fevral 2011
Onlar deyirdilər ki, Mübarəkin laxlayan hakimiyyətini dəstəkləmək ölkədəki mötədil müsəlmanları da radikallaşdıra bilər. "İdealistlər"ə görə, Misirdə siyasi inkişafı dayandırmaq əvəzinə həmin inkişafın növbəti mərhələsinə hazırlaşmaq lazımdır.

Məqalə müəllifi bildirir ki, indiki inqilabi dövrdə bu, bütün regiona aid edilməlidir

“Praqmatiklər” diktatorları dəstəkləməyi dayandırmağın riski haqda danışırlar və diktatorlardan sonra hakimiyyətə gələcək qüvvələrdən ehtiyat edirlər.

Bu doğru ehtiyatlanmadır. Amma biz eyni zamanda diktatorların öz xalqları ilə davasında ABŞ-ın diktatorlara yardım etməsinin riskini də nəzərə almalıyıq.

Sorğular göstərir ki, misirllilərin çoxu Amerikanı sevmir. Amma bizim onlara qarşı repressiya siyasəti yürüdən hakimiy.ti uzun müddət dəstəklədiyimizi nəzərə alanda bu təəccüb doğurmamalıdır. Eyni zamanda o da bizə təəccüblü gəlməməlidir ki, yeni Miisirdə çox adam Mübarək hakimiyyətinin yürütdüyü siyasətə qarşıdır, o cümlədən İsraillə sülhə qarşı.

Eyni zamanda Misirdə ən güclü qüvvə indi radikal "Müsəlman qardaşlığı" təşkilatıdır, çünki Mübarək hakimiyyəti dünyəvi müxalifəti məhv edəndə biz buna göz yummuşuq.

Robert Kagan “Washington post” qəzetindəki məqaləsində daha sonra yazır ki, başqa ölkələrdə baş qaldıran inqilabi hərəkatlara gəlincə– məsələn, Yəmən, Bəhreyn, Suriya və Səudiyyə Ərbistanında – Amerika yenə də tələyə düşməməlidir.

ABŞ düşünməməlidir ki, praqmatik yol ən düzgün yoldur - indi Amerikanın yenidən öz ideallarını müdafiə etməsinin vaxtıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG