Keçid linkləri

2026, 16 Oktyabr, cümə, Bakı vaxtı 07:00

Nemətullah Kişvəri. Eşigində düşmişəm hər gecə daşə yastanıb

Eşigində düşmişəm hər gecə daşə yastanıb,
Gözlərim giryanü köksüm yarəvü bagrım yanıb.

Gecələr zülfin xəyalında məni-aşüftəhal,
Uyxuda yilan görüb mən ləhzə-ləhzə səksənib...

Seyd boldum ahuyi-çeşminəvü bu türfə kim,
Seydi-rağib ölməgə səyyad andan muctənib.

Yar bir olur cəhanda, Kişvəri, aşiq isən,
Vermə könlün bir pəriru şivəsinə aldanıb.
XS
SM
MD
LG