Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 09:12

Nemətullah Kişvəri. Düşmüşəm bir şalə sənsiz natəvanü zar olub


Düşmüşəm bir şalə sənsiz natəvanü zar olub
Kim, əcəl yanımdan ayrılmaz mana qəmxar olub.

Həsrəta, dərda, diriğa kim, bu bəxti-tirədən,
Qalmışam mən yarsız, yar özgələrnən yar olub.

Bilməzəm kim, neylədim bu qan olası könlümə
Kim, qaçar hər yan məni-biçarədən bizar olub.

Qəddü yüzündən irağ baği-behişti neylərəm,
Sərvü gül hər biri ayru, gözlərimdə xar olub.

Surətin ta gördü, cana, xəstəxatir Kişvəri,
Baxa qalmış eşigində surəti-divar olub.
XS
SM
MD
LG