Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Seyid Əzim Şirvani. Həsən Qara Hadiyə


Ey olan hadiyi-ərbabi-zəlalət, Hadi,
Ey müzillini edən həqqə hidayət, Hadi.
Eylədin sən ki, bu mehdiliyə adət, Hadi,
Elə bəs aləmə təbliği-risalət, Hadi!
"Əhsənül-qaidənin" sahibi, yaxud özü bəg,
Yazmış idi, nə rəva xəlq oiur, ağköynək?
Sən, oba aşrı, əzizim, nəyə lazım hürmək,
Nə üçün eylədin izhari-ədavət, Hadi?!
İnşaallah saba-birgün yetişir, mahi-əza,
Gey kəfən, yar başuvi, tök yaşuvi, bağla qəra,
Səni meydanda görən kimsə desin namxuda,
Eləyibdir yenə aləmdə qiyamət Hadi!
Əlüvi tutmadi bir kimsə ki, qardaş, sənin,
Can sənin, cism sənin, tiğ sənin, baş sənin.
Cəm ola baxmaq üçün sünni, qizılbaş sənin,
Baxıban onlara sən eylə fəxarət, Hadi!
Leyk siz bir para büdətlər edibsiz iycad,
Qoymusuz adını siz təziyə, ey əhli-fəsad!
Sizə bu təziyədən özgə həvəslərdi murad,
Mən ölüm, sən bir özün eylə mürüvvət, Hadi!
Bu deyilmi qərəzin başuvi sən çapmaqdan,
Yəni ki, canımı cananə edərdim qurban,
Maluvi bəs nə üçün eyləməyirsən ehsan,
Quru baş çapmağa sən etmisən adət, Hadi!
Xatirin cəm elə kim, gər bu isə rəsmi-əza,
Sənə nifrin edəcək padşəhi-Kərbübəla,
Bədənin zəhmətinə şərdə yoxdur fitva,
Yoxsa var sizdə, görək, tazə şəriət, Hadi?
Leyk peyğəmbər olan həcv eləməz ümmətini,
Kişi lazımdı çəkə ümmətinin qeyrətini,
Gərçi həcv eyləyənin yoxdu kəsən
Sənə bu həcv nə fərz oldu, nə sünnət, Hadi!
Xaçpərəstlər hamısı açdi gözün düşdü qabaq,
Dalda qaldıq tökülüb cəhl ilə biz, ay sarsaq!
Bəs nə vəqti bizə qismət olacaq göz açmaq?
Əqlə gəl, tanrıya bax, bəsdi bu qəflət, Hadi!
Bu hədisi nə zaman zikr qılıb peyğəmbər –
Ki, olur rus diliylən oxuyan kəs kafər?
Allah, Allah, bu nə böhtandır, əya hiylətgər,
İxtüafati-lisandır bizə nemət, Hadi!
Kim ki, bir dil bilə, bir nemətə ol vasildir,
Kim ki, çox bilsə, o çox nemətə bəs şamildir,
Leyk aləmdə hər ol kimsə ki, naqabildir,
Edəcək qeyr lisanı o məzəmmət, Hadi!
Kim deyər ağlama sən Kərbübəla sərvərinə?
Canımız cümlə fəda olsun onun Əkbərinə,
Ağladı ərzü səma təşnə ölən Əsğərinə,
Onu inkar edənin zatına lənət, Hadi!
Biz də müddət "zərəbə Zeyd" kitabın oxuduq,
Rişteyi-ömrümüzü nəhv ilə sərfə toxuduq,
Bari biz taifə əzzəldə yenə bir
Olmuşuq indi dəxi eyni-nəcasət, Hadi!
Tut, Həsənbəy bizə təlim eləyir dərsi-zəlal,
Götürüb boynuna ol, kafər olub, vizrü vəbal,
Niyə təlimə siz ətraflı qılırsız irsal,
Bilməyirsiz niyə bəs eybü qəbahət, Hadi?
Oxudur cümlə uşaqlarını xanü bəgüvüz,
Neməti-rus ilə pərvərdə olub cəmdəgüvüz,
Bilməyən rus dilini bəlkə ola tək-təkivüz,
Sizdə var hamıdan artıq ona rəğbət, Hadi!
Şükrlillah ki, bizim padşəhi-kişvəri-Rus,
Ol zamandan ki, edib təxti-üdalətdə cülus.
Bizləri eyləməyib elmü ədəbdən meyus,
Doldurub aləmi insafli ədalət, Hadi!
Mərhəba mülki-Qarabağın əzadarləri,
Tan əfzun eləsin siz təki dindarləri,
Seyyida, bəsdi, əgər görsə bu əşarləri,
Çəkəcək tutduğu kirdarə xəcalət Hadi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG