Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:18

Orta Asiyada inqilab təhlükəsi?


TACİKİSTAN

«Bu olayların Orta Asiyada təkrarlanması haqda çox söz deyilib və yazııb. Mən bir daha bildirmək istərdim ki, bu cür hadisələrin bir dəfə qurbanı olmuş müdrik Tacik xalqı indi sülh və sabitliyin dəyirini yaxşı bilir. Onlar vətəndaş müharibəsindən keçiblər, odur ki, hansısa problemin güc yoluyla həllinə qarşıdırlar».

Tacikistan Prezidenti Emomali Rahmon aprelin 20-də parlamentdəki çıxışında Ərəb üsyanlarının burda təkrarlanması ehtimalıa haqda belə deyirdi.

Amma 8 milyonluq Tacikistanın rəhbərliyi inkar etsə də, bu ölkədə artıq Aprelin 8-də 30 nəfər «Facebook» vasitəsilə Düşənbədə aksiya keçirməyə çalışıb.

ÖZBƏKİSTAN

Qonşuluqdakı Özbəkistandakı «Yetər» gənclər hərəkatı isə iyulun 1-də Daşkənddə, Azadlıq meydanında bu cür aksiya keçirməyə hazırlaşır. Gənclər iştirak etmək niyyətində olanlardan özləri ilə çadırlar, radio, yataq dəsti, yemək və su gətirməyə çağırıb.

Özbəkistanda ictimai fəal və keçmiş Sovet doplomati Tashpulat Yuldashev aksiyaya hazırlığı dəstəkləyir, amma vurğulayır ki, bu ölkə qanunlarına uyğun keçirilməlidir. Məsələn, işə gedib işləməmək, ya işə çıxmamaq, hansısa məmura tabe olmamaq kimi itaətsizlik kampaniyasına tərəfdardır.

Məlumatlara görə, hökumətsə bu aralar dini dairələrə nəzarəti gücləndirib. Dini ədəbiyyat satan mağazalar reydlər keçirilib, Yaxın Şərqdə nə vaxtsa işləyən, və ya təhsil alan məmurlar işdən çıxarılıb. Onların rasında müəllimlər, məscidlərin imamları da var.

Qurbanqulu Berdimuhammedov
TÜRKMƏNİSTAN


Türkmənistanda isə hələ konkret etiraz aksiyası planı yoxdur, amma hökumət əvvəldən tədbirini görür. Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov rejimi ümumiyyətlə ərəb üsyanları ilə bağlı xəbərlərin qarşısını alır.

Ölkədəki media tamamilə dövlətin nəzarəti altındadır, üstəlik, hökumət mobil rabitə xidmətini təmin edən Rusiyanın MTS şirkətinin də lisenziyasını ləğv etməklə nəzarəti daha da möhkəmləndirib.

«Human Rights Watch» təşkilatının məlumatına görə, Mart ayından bu ayana 4 fəal da müxtəlif bəhanələrlə tutulub. Türkmənistandan kənarda oxuyan tələblərə qayıdandan sonra təkrar xaricə getməyə qadağa qoyulmaqla şaiyələr dolaşır. Üstəlik, yerli məmurlar, polislər övladları xaricdə oxuyan ailələrə də tez-tez baş çəkir.

QAZAXISTAN

Orta Asiya Respublikaları arasında ən sakit vəziyyət Qazaxıstandadır. Hətta dövlət rəsmiləri, məsələn ABŞ-dakı səfir Erlan Idrissov ərəb olaylarının təkrarlanmaq ehtimalının olmamasıyla bağlı əminliyini də gizlətmir:

«Yaxın Şərqdə baş verənlərlə bağlı mənim şəxsi fikrim belədir ki, o ölkələrdə gənclərə öz gələcəklərini təmin etməyə şans verilməmişdi. Bəzilərndə iqtisadi problemlər var idi, bəzilərində sosial problemlər üzə çıxırdı. Biz Qazaxıstanda arxayınıq, çünki Nazarbayev və komandası bütün bu problemləri uzunmüddətli siyasətin tərkibi kimi həll edirlər».

Qazaxıstan
Amma bir şey var ki, istər Qazaxıstanda, istərsə də digər Orta Asiya Respublikalarında durum ərəb ölkələrindən elə də fərqlənmir. Hökumətin insan haqlarına münasibəti, korrupsiyanın yayılması, iqtidardakı rejimlərin uzun illər böyu ölkəni təkbaşına idarə etməsi və real islahatların aparılmaması kimi.

QIRĞIZISTAN

Bu ölkəlrdən fərqli olaraq yenicə hakimiyyət dəyişikliyi yaşayan Qırğızıstanda başqa qorxu var. Burada narahatdırlar ki, inqilab ab-havası yenidən özəbk-qırğız etnik münaşisəni alovlandıra bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG