Keçid linkləri

2026, 20 Sentyabr, bazar, Bakı vaxtı 20:43

Ziyalılar Bəxtiyar Hacıyevi zaminə götürmək istəyir

Ziyalılar Bəxtiyar Hacıyevi zaminə götürmək istəyir. Bu məqsədlə professorlar Cəmil Həsənli, Firudin Cəlilov və politoloq Eldar Namazov hakim Emin Axundova yazılı müraciət ediblər.

Məlumatı AzadlıqRadiosuna Eldar Namazov verib.

Harvard Universitetinin məzunu, keçmiş deputatlığa namizəd, gənc fəal Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınmaqda ittiham olunur.

Bu gün Gəncə şəhər Nizami rayon məhkəməsində bu işə baxılır.
Bəxtiyar Hacıyev Gəncəni tərk etməməklə bağlı iltizamnamənin tələblərini pozduğuna görə, məhkəmə aprelin 8-də barəsində müddətsiz həbs qətimkan tədbiri seçib.
This item is part of
XS
SM
MD
LG