Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:17

Ukrayna prezidenti Viktor Yanukoviç bu gün Azərbaycana rəsmi səfərə gəlir



Prezidentlərin təkbətək görüşündən sonra, müzakirələr nümayəndə heyətlərinin iştirakıyla geniş tərkibdə davam etdiriləcək.

Danışıqlar zamanı ikitərəfli və regional əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq, sonda isə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair sənədlər imzalanacaq.
Səfər çərçivəsində Azərbaycan və Ukrayna Prezidentlər Şurasının növbəti iclasının keçirilməsi də nəzərdə tutulub.

Ukrayna prezidentinin Azərbaycana səfərinə hazırlıqla bağlı aprelin 21-də Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının 9-cu iclası keçirilib.
XS
SM
MD
LG