Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:50

İranda Əlikram Əliyevi anma mərasimi keçirilib


Azerbaijan - there were commemoration ceremony for Alikram Aliyev, former deprived lider of the Azerbaijan Islam Party in Iran, Urmiye, 25Apr2011
Azerbaijan - there were commemoration ceremony for Alikram Aliyev, former deprived lider of the Azerbaijan Islam Party in Iran, Urmiye, 25Apr2011
Aprelin 25-də Urmiyə şəhərində Azərbaycan İslam Partiyasının (AİP) keçmiş sədri Hacı Əlikram Əliyevi anma mərasimi keçirilib.

İranda yerli xəbər saytları xəbər verirlər ki, mərasimdə çıxış edənlər Qafqazın Əbuzəri adlandırılan Hacı Əlikram Əliyevin ömrünün sonuna qədər Xomeyni və İslam İnqilabına sadiq qaldığını deyiblər.

İranın Ali Dini lideri ayətullah Əli Xamenyinin Şərqi Azərbaycan əyalətindəki xüsusi nümayəndəsi ayətullah Möhsün Müctehid Şəbüstəri də mərasim iştirakçılarına öz mesajını göndərib. O qeyd edib ki, mərhum Əlikram Əliyev islam uğrunda mübarizəsinə görə ömrünün bir hissəsini həbslərdə yaşamalı olub: “Onun evi dini mübarizənin mərkəzinə çevrilmişdi. İldə bir neçə dəfə İrana gəlir, inqilabçı dostları ilə görüşürdü. Xomeyniyə və islam rejiminə bağlı bir insan idi” – deyə Şəbüstəri qeyd edir.

71 yaşlı Hacı Əlikram Əliyev bu il martın 17-də Nardaran qəsəbəsindəki evində vəfat edib. Yaxınları onun şəkər, təzyiq və digər xəstəliklərdən əziyyət çəkdiyini deyirlər.

O, 1996-cı ildə “vətənə xəyanət” ittihamı ilə həbs edilib, 1999-cu ilin noyabr ayında isə prezidentin əfv fərmanı ilə azadlığa buraxılmışdı. O, 2002-ci ildə Nardaran qəsəbəsində bir neçə nəfərin ölümü ilə nəticələnmiş polislə qarşıdurmaya görə yenidən həbs edilərək altı il müddətinə azadlıqdan məhrum edilib, amma bir il sonra yendiən əfv edilib.

Azərbaycan İslam Partiyasının ilk sədri olub.

Bu partiyanın hazırkı sədri sədri Mövsüm Səmədov da bir qrup partiyadaşı ilə birlikdə bu ilin yanvarında saxlanıb. Onları qanunsuz silah saxlamaq, hakimiyyəti zorla ələ keçirmək və terror hazırlamaqda ittiham edirlər. Amma özləri yalnız siyasi baxışlarına görə təqib edildiklərini deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG