Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 12:05

Suriyada zorakılıq qorxutmur, ruhlandırır


Gözlənilir ki, BMT-nin Təhlükəsizlik Şurası bu gün də Suriya hökumətinin etirazçılara qarşı zorakı davranışı ilə bağlı müzakirələri davam etdirsin.

BMT-nin Nyu-York qərargahındakı müzakirələrdən öncəsə qurumun baş katibi Ban Ki Moon çıxış etmişdi. Baş katib Dəməşqi mühakimə etmişdi ki, hərbi qüvvələr Daraa şəhərində vətəndaşlara atəş açıblar.

«Biz Suriyada baş verənləri çox diqqətlə izləyirik, özü də böyük narahatlıqla. Mən dinc nümayişçilərə qarşı davam edən zorakılığı qətiyyətlə pisləyirəm, tanklardan və odlu silahla istifadə nəticəsində yüzlərlə adam öldürülüb və yaralanıb. Suriya hökuməti vətəndaşlarını qorumaq və beynəlxalq insan haqlarına hörmət etməklə bağlı öhdəlik götürüb. Bura azad ifadə və dinc toplaşma azadlığı da daxildir».

Ban Ki Moon və BMT-nin İnsan Haqları üzrə baş komissarı Navi Pillay Suriya hökumətinin qəddarlığı nəticəsində yüzlərlə vətəndaşın ölümünü müstəqil araşdırmağa çağırıb.

Youtube-dən götürülmüş bu videoda Suriyada müxalifətin mitinq keçirdiyi iddia edilir. Videonun məzmununa görə AzadlıqRadiosu məsuliyyət daşımır.


İNQİLAB REJİMİ MƏHV EDƏCƏK

Suriya prezidenti Bəşər Əsədə qarşı etirazlar altı həftə başlayıb. Hüquq müdafiəçiləri bu müddətdə təxminən 400 nəfərin öldüyünü deyirlər.

Zorakılıq etirazları nəinki dayandırıb, əksinə hökumətdən narazıları daha da ruhlandırıb. Onlar nümayişlərə başlayanda hökuməti ciddi islahatlara çağırırdılarsa, artıq Əsədin hakimiyyətdən getməsi tələbini gündəmə gətirirlər.

Suriya müxalifətçiləri deyirlər ki, bu gün Əsəd hakimiyyəti demokratiyaya keçid etməsə, inqilab rejimi məhv edəcək.

Bu bəyanat Suriyada müxalifət fəallarının qruplaşması adından verilib. Xaricdəsə bu, Milli Dəyişikliklərə Təşəbbüs adını alıb. Qrup deyir ki, demokratik keçid ölkəni zorakılıqdan, xaosdan və vətəndaş müharibəsindən qoruyacaq.

YENƏ DƏ RUSİYA VƏ ÇİN

BMT-nin Təhlükəsizlik Şurasının aprelin 26-dakı qapalı toplantısında vətəndaşlara qarşı repressiyanı pisləyən bəyanat layihəsini qəbul etmək mümkün olmayıb. Layihə Böyük Britaniya, Fransa, Almaniya və Portuqaliya tərəfindən təklif olunub.

Diplomatlar deyiblər ki, veto hüququ olan Rusiya və Çin buna qarşı çıxıb.
Çin səfiri Li Baodong deyib ki, Suriyada problemin siyasi həllinə çalışacaqlar.

ABŞ SƏFİRİ DETALLARI DEMƏSƏ DƏ...

Britaniyanın Müdafiə naziri Liam Fox jurnalistlərə Vaşinqtonda deyib ki, Suriyanın etirazçı vətəndaşlara silah yönəltməsi sadəcə yolverilməzdir. O Suriya hökumətini islahatlara çağırıb.

Təhlükəsizlik Şurasının qapalı toplantısından sonra ABŞ-ın BMT-dəki səfiri Susan Rise isə söyləyib ki, Suriya rejiminin müttəfiqi İran Dəməşqə nümayişləri yatırmadqa fəal yardım edib.

Youtube-dən götürülmüş bu videoda Suriyada müxalifətin mitinq keçirdiyi iddia edilir. Videonun məzmununa görə AzadlıqRadiosu məsuliyyət daşımır.


Rise detalları açıqlamasa da deyib ki, Suriya rejimi İranın nümayişçilərə qarşı istifadə etdiyi «vəhşi taktikalardan» yararlanıb.

Rise onu da söyləyib ki, Bəşər Əsəd xalqını dinləmək əvəzinə başqalarını günahlandırır.

«SƏN DİNC NÜMAYİŞ KEÇİRİRSƏNSƏ...»


Suriyanın səfiri Bəşər Cəfəri isə hökumət qüvvələrinin günahsız vətəndaşlara atəş açmasını təkzib edib.

«Əgər sən dinc nümayişlər keçirirsənsə, hökumət tərəfindən müdafiə olunacaqsan. Yox əgər zorakılığa əl atacaqsansa, dünyadakı istənilən hökumət sülhü və qayda-qanunu qorumaq üçün öz gücündən istifadə edəcək. Binalara və günahsız vətəndaşlara qarşı zorakılığı, vandalizmi və aqressiyanı dayandırmaq üçün bunu edəcək».

Suriya ordusu israrla bildirir ki, Daraya «ektremist terrorçu qrupları» tutmaq üçün vətəndaşların xahişiylə gəlib.

Sayta hazırladı Şahnaz Bəylərqızı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG